Rus tankları Kiyevin 64 km-də: ağır zərbəyə hazırlaşır - Foto
2022-02-28 08:54:00
Rusiya tankları Kiyevin 64 km-də kolon şəklində düzülüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə görüntünü ABŞ-ın "Maxar Technologies Inc.” şirkəti “Röyters”ə təqdim edib.
Ağır rus texnikası Kiyevin şimal-şərqində, İvankov qəsəbəsi yaxınlığındadır.
Həmçinin orda piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları var.
