RUS TƏYYARƏÇİ SAĞ ƏLƏ KEÇİRİLDİ -Suriyada da əhalini bombalayıb + FOTOLAR / VİDEO
2022-03-05 17:50:00
Xəbər verildiyi kimi, az öncə Ukraynanın Çerniqov şəhəri üzərində Rusiyaya aid hərbi təyyarə vurulub. Şəhəri bombalayan təyyarənin pilotu katapult edib.
AzPolitika.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “feysbuk” səhifəsində sözügedən pilotun ələ keçirildiyi barədə məlumat verilib və onun fotoları yayılıb.
Həmin şəxsin rus ordusunun Krasnoyartsev soyadlı mayoru olduğu bildirilir.
Rusiyalı pilotun Suriyadakı hərbi kampaniyada da iştirak etdiyi və Bəşər Əsədlə fotolarının olduğu da üzə çıxıb.
AzPolitika.info



