📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya 300 mindən artıq suriyalını susuz qoydu - əhali nə edəcəyini bilmir

2022-01-05 20:54:00

Rusiya 300 mindən artıq suriyalını susuz qoydu - əhali nə edəcəyini bilmir

Rusiyanın İdlibdə supaylayıcı stansiyaya hücumu nəticəsində 300 min nəfərdən artıq sinc sakin susuz qalıb.

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Rusiyaya məxsus Su-34 qırıcısı yanvarın 2-də İdlib şəhərini su ilə təmin edən əsas stansiyalardan biri olan Arşani stansiyasını bombaladıqdan sonra o, istifadəyə yararsız vəziyyətə düşüb. Məlumatı müxaliflərə məxsus Təyyarə Müşahidəsi Evi yayıb.

Onsuz da çətinliklə dolanan əhali çarəsiz vəziyyətdə qalıb. İdlib sakinlərindən olan İbrahim Zeer agentliyin müxbirinə müsahibəsində deyib: “İdlibdə 300-400min nəfər insan sudan məhrum olacaq. Xalqın onsuz da satın almaq gücü yoxdur. Əhalinin yaşamaq uğrunda mübarizəsi gündən-günə çətinləşir. Əvvəllər qırıcılar necə gəldi hücum edirdilər. İndi isə sistemli olaraq infrastrukturu hədəfə alırlar. Dünya Rusiyanın Suriyada elədiklərinə tamaşaçı qalıb”.

 

Hürr Tərcüman

Hurriyyet.az