Rusiya 5 hərbçinin vurulduğunu bəyan elədi, Ukrayna xəbərin yalan olduğunu bildirdi
2022-02-21 17:25:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna ordusu Rusiyanın Rostov rayonunda Ukrayna qüvvələrinin olmadığını bəyan edib.
Bu gün Rusiyanın TASS informasiya agentliyi rusiyalı hərbçilərin sərhədi pozmuş 5 ukraynalı hərbçini öldürdüyünü bəyan eləmişdi.
Ukrayna bu xəbərin yalan olduğunu bildirərək, təkzib edib.
“Röyters” informasiya agentliyinin yaydığı xəbərə görə, Ukrayna “Rusiyanın Rostov bölgəsində hər hansı bir Ukrayna gücü yoxdur” deyə açıqlama verib.
Hürr Tərcüman