📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ABŞ-Aİ-Ermənistan sammitindən sonra veriləcək açıqlamanı gözləyir

2024-04-05 14:19:27

Rusiya ABŞ-Aİ-Ermənistan sammitindən sonra veriləcək açıqlamanı gözləyir

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan sammitindən sonra veriləcək bəyanatları gözləməyə çağırıb.
Kremlin rəsmi təmsilçisi brifinqdəki açıqlamasında deyib: "Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında aparılan danışıqların nəticələrini yalnız İrəvanın bu məsələ ilə bağlı rəsmi açıqlamalarından sonra dəyərləndirə biləcək. Müəyyən mesajlar olsa da, bu görüşün tam gündəliyini hələ bilmirik".
Peskov Ermənistanın “transatlantik inteqrasiya” mövzusunun müzakirəsi" dedikdə nəyi nəzərdə tutduğunu öyrənmək üçün, erməni tərəfinin açıqlamalarını gözləməyə çağırıb.
Hürr Tərcüman