Rusiya ABŞ diplomatını ölkədən qovdu! Vaşinqton cavab addımı atacağını bəyan etdi
2022-02-17 18:05:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya ABŞ-ın Moskvadakı səfiri Bartl Qormanın ölkədən çıxarılmasına qərar verib.
Cənab Qorman Amerika-Rusiya münasibətlərinin əsas aspektlərinə məsul şəxs idi.
ABŞ tərəfinin açıqlamasında, Vaşinqtonun Moskvnın bu addımını cavabsız qoymayacağı bildirilir. Açıqlamada Rusiyanın Amerika səfirinin müavinini ölkədən çıxarması qərarının əsassız olduğu bildirilir: Qormanın vizasının möhləti bitməyib və onun Rusiyada fəaliyyət müddəti üçün icazə verilmiş 3 il müddəti başa çatmayıb.
Hürr Tərcüman