📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ABŞ-ın Cənubi Koreyaya raket yerləşdirməsindən narahatdır

2021-10-27 17:15:00

Rusiya ABŞ-ın Cənubi Koreyaya raket yerləşdirməsindən narahatdır

Hurriyyet.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Rusiya ABŞ-ın Cənubi Koreyada raket yerləşdirməsinə qarşı olduğunu bəyan edib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) qadağan elədiyi raket sistemlərinin Asiya Sakit okeanı bölgəsində yerləşdirmə səylərindən narahat olduğunu bildirərək deyib: “Digər ölkə və regionlara gəlincə, amerikalıların INF-in qadağan elədiyi raket sistemlərini təkcə Avropada deyil, Asiyanın Sakit okean rayonunda da yerləşdirmə istiqamətindəki səyləri bizi narahat edir. Bu, strateji sabitliyi və mövcud balansı əhəmiyyətli dərəcədə pozacaq”.

Lavrov bu sözləri  Cənubi Koreya Xarici İşlər naziri Çon Iy Yonq paytaxt Moskva şəhərində birgə keçirdiyi mətbuat konfransında verib.

 

Hürr Tərcüman