Rusiya analoqu olmayan sistemlərini sınaqdan keçirdi
2021-12-29 12:09:00
Yeni S-550 zenit-raket kompleksi sınaqlarını uğurla həyata keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
“S-550 hava hücumundan müdafiə sistemi dövlət sınaqlarını uğurla başa vurub. İlk S-550 briqadası döyüş vəzifəsini yerinə yetirir”, - deyə bildirilib.
Mənbənin sözlərinə görə, S-550 analoqu olmayan yeni mobil raketdən müdafiə sistemidir:
“O, kosmik gəmiləri, qitələrarası ballistik raketlərin döyüş başlıqlarını, minlərlə kilometr məsafədə hipersəs hədəflərini necə vuracağını bilir”.