"Rusiya Ankaranın vasitəçiliyi ilə Ukrayna ilə danışıqlara getməyə qərarlıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Odur ki, Yaxın müddətdə Türkiyə nümayəndə heyətinin Kiyevə səfər edəcəyi gözlənilir"
"Ukrayna Xarkov istiqamətində Rusiyanın hücumlarını dayandıra bilib. ABŞ-dan verilən silahlar Xarkov cəbhəsində Ukrayna qüvvələrinin döyüş aktivliyinə müsbət təsir edir. Xarkov şəhərinin işğal edilmə ehtimalı qismən aradan qalxıb. Buna baxmayaraq, Rusiya hücumlarını intensiv şəkildə müxtəlif istiqamətlərdə davam etdirir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Rusiya tərəfi sülh danışıqlarında maraqlı olduğunu, İstanbul razılaşması əsasında atəşkəsə gedə biləcəyini bildirir: "Ukrayna ilə ikitərəfli danışıqlarda maraqlıdır. Kreml ABŞ və Avropanın verdiyi silahların Rusiya üçün ciddi itkilər yaradacağının fərqindədir. Moskva Türkiyəyə vasitəçilik etməsini, Kiyevlə İstanbulda danışıqlar üçün hazır olduğunu bildirib. Odur ki, Yaxın müddətdə Türkiyə nümayəndə heyətinin Kiyevə səfər edəcəyi gözlənilir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az