📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya aprelin ortasında defolt elan edə bilər: Bloomberg agentliyindən İDDİA

2022-03-08 15:37:00

Rusiya aprelin ortasında defolt elan edə bilər: Bloomberg agentliyindən İDDİA

Amerikanın Morgan Stanley maliyyə korporasiyası hesab edir ki, yaxın aylarda Rusiya ödəmə qabiliyyətini itirə bilər.

Moderator.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazıb.

Rusiyanın 2023- cü və 2043- cü illər üçün xarici istiqraz vərəqələri üzrə 30 günlük güzəştli dövrü aprelin 15- də bitir. Lakin Rusiyanın xarici borclar üzrə ödənişləri həyata keçirmək şansları  azalır, çünki Ukraynaya hərbi müdaxilədən sonra istiqraz vərəqələrinin dəyəri aşağı düşür, ölkədə resessiya (iqtisadi artımın azalması,- red.) başlayır və ödəmələrin məhdudlaşması artır, Morgan Stanley qeyd edib.

"Biz ən ehtimal edilən ssenari kimi defoltu görürük",- Morgan Stanley korporasiyasında inkişaf edən ölkələr üçün suveren kreditləşmə sahəsində baş strategiyaçı Saymon Veyver vurğulayıb.

Morgan Stanley hesab edir ki, Rusiyanı defolt gözləyir və bu, 2017- ci ildə Venesuelanın elan etdiyi 60 milyard dollar məbləğində defolta bənzəyəcək.

Veyverin sözlərinə görə, Rusiya Venesuelaya bənzəyir, çünki onun da xeyli neft aktivləri var və onlar yalnız sanksiyalar götürüldükdən sonra işlək ola bilər.

Bundan başqa, Morgan Stanley ABŞ banklarına Rusiyanın maliyyə nazirliyindən kupon ödəmələrini, hətta belə ödəmələr olacağı  tədqirdə, qəbul etməyə imkan verilməsində qeyri- müəyyənliyi qeyd edir.

Moderator.az