Rusiya Arktikada sərhədi qorumaq üçün yeni sərhəd mühafizə gəmiləri inşa edir
2024-05-29 12:15:08
Rusiya Arktikada sərhədi qorumaq üçün yeni sərhəd mühafizə gəmiləri inşa edir. Bu barədə Rusiya Federasiyası FTX Sərhəd Xidmətinin rəisi, ordu generalı Vladimir Kulişov açıqlama verib.
“Arktikada dövlət sərhədinin mühafizəsi ilə bağlı geniş spektrli vəzifələrin həlli üçün Rusiyada yeni sərhəd gəmiləri tikilir”, deyə Kulişov bəyanatı səsləndirib.
“İmkanlarımızı daha da artırmaq üçün sərhəd infrastrukturu yenilənir, sərhəd mühafizəsinin müasir texniki vasitələri qəbul edilir, Arktikada sərhəd fəaliyyətinin geniş spektrinin vəzifələrini həll etmək üçün yeni sərhəd gözətçi gəmiləri tikilir. Xüsusən, iki buz sinifli sərhəd gözətçi gəmisinin tikintisi davam edir ”, deyə Kulişov bildirib.
Ülviyyə, Hurriyyet.az