📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Avro-2028-ə ev sahibliyi etmək istəyir

2022-03-23 17:40:00

Rusiya Avro-2028-ə ev sahibliyi etmək istəyir

Rusiya 2028-ci və 2032-ci illərdə keçiriləcək Avropa çempionatlarına ev sahibliyi etmək istəyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) vitse-prezidenti Sergey Anoxin açıqlama verib.

O bildirib ki, bununla bağlı UEFA-ya rəsmi şəkildə müraciət olunacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Böyük Britaniya və İrlandiya AVRO-2028-i keçirmək üçün Avropa futbol qurumuna müraciət ünvanlayıb.