Rusiya-Avstriya münasibətlərində gərginlik – bir həftə möhlət verildi
2023-02-16 18:49:00
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyası Vyananın 4 rus diplomatını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq Avstriya diplomatik missiyasının eyni sayda işçisinin Rusiya Federasiyasını tərk etməli olduğunu bəyan edib. Bu barədə açıqlamanı RF XİN verib.
RF XİN-ə çağırılan səfir Verner Almhoferə etiraz bildirilib və müvafiq nota təqdim edilib.
Diplomatla söhbət zamanı bildirilib ki, Vyananın bu davranışı təkcə Rusiya-Avstriya münasibətlərinə deyil, həm də özünü neytral tərəf kimi təqdim edən Avstriyanın dünya miqyasındakı imicinə də ziyan vurub.
Rusiyanı tərk etmək üçün avstriyalı diplomatlara bir həftə vaxt verilib.
Hürr Tərcüman