“Rusiya Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır" - XİN
2023-01-27 17:02:00
“Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır".
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, vaxtaşırı yaranan çətinliklər danışıqlar prosesinin "dondurulması" və ölkələr arasında münasibətlərin normallaşması üçün səbəb olmamalıdır:
“Danışıqları mümkün qədər tez bərpa etməliyik".
report.az