📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Azərbaycana minatəmizləmə köməyi təklif edib

2026-11-04 18:10:06

Rusiya Azərbaycana minatəmizləmə köməyi təklif edib

Rusiya Fövqəladə Hallar Nazirliyi humanitar minatəmizləmə sahəsində Azərbaycana zəruri dəstək göstərməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşü zamanı bildirib.

Rusiya FHN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər gələcək əməkdaşlıq məsələlərini, o cümlədən Rusiya mütəxəssislərinin Azərbaycanın təşkil etdiyi müvafiq tədbirlərdə iştirakını müzakirə ediblər.

Aleksandr Kurenkov vurğulayıb ki, Rusiya mütəxəssisləri müvafiq müraciətlər əsasında azərbaycanlı həmkarlarına yardım göstərməyə hazırdırlar.