📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Azərbaycandan üzr istədi

2022-03-24 16:55:00

Rusiya Azərbaycandan üzr istədi

“Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, – deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.