Rusiya Azərbaycanla Ermənistanı Avropa ilə ABŞ-a “qısqanır” – Putinin köməkçisi narazılığını bildirdi
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə yeni sammit keçirilməsini təklif edəcəyik”
“Biz əlbəttə, regiondankənar oyunçuların, o cümlədən Avropa İttifaqı ilə ABŞ-ın bu işə girişməyə cəhd elədiklərini görürük”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyanın Ermənistan ilə Azərbaycana növbəti üçtərəfli sammit keçirilməsini təklif edəcəyini bildirib.
Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün – yəni oktyabrın 14-də isə MDB sammiti baş tutacaq.
Vladimir Putin 13-14 oktyabr tarixində Astanaya səfər edəcək.
Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün – yəni oktyabrın 14-də isə MDB sammiti baş tutacaq.
Astanada Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyi gözlənilir. Uşakov Rusiya mətbuatına açıqlamasında deyib: “Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda növbəti sammit keçirilməsini təklif edəcəyik. Onun keçirilməsi vaxtının ən yaxın zamanda razılaşdırılacağına ümid edirik”.
Uşakov deyib: “Biz əlbəttə, regiondankənar oyunçuların, o cümlədən Avropa İttifaqı ilə ABŞ-ın bu işə girişməyə cəhd elədiklərini görürük. Lakin onlar əsasən, biziməldə elədiklərimizdən istifadə edirlər və əlbəttə ki, əsas razılaşmalar 2020 və 2021-ci illərdə, bizim fəal iştirakımızla əldə edilib”.
Hürr Tərcüman