Rusiya Azərbaycanla Ermənistanın danışıqlarında iştiraka hazır olduğunu bildirib
2022-08-30 21:22:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmərinin açıqlamasında Rusiya tərəfinin Azərbaycan ilə Ermənistanın nümayəndə heyətlərinin dövlət sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlarında məsləhət-texniki dəstək göstərməyə davam eləməyə hazır olduğunu bildirilir.
Nazirliyin saytında dərc edilmiş açıqlamada deyilir: “Rusiyanın nümayəndə heyəti gələcəkdə də Azərbaycan ilə Ermənistanın nümayəndə heyətlərinin iki ölkənin dövlət sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlarında məsləhət-texniki dəstək göstərməyə, sərhədyanı zonada sabitlik və təhlükəsizlik səviyyəsinin artmasına kömək eləməyə hazır olduğunu bildirib”.
Hürr Tərcüman