Rusiya Azərbaycanla təhlükəsizlik müqaviləsi imzalamaq niyyətindədir
2022-05-20 20:48:00
Hurriyyet.az xəbər verir ki, Rusiya yaxın zamanda Azərbaycanla bioloji təhlükəsizlik müqaviləsi imzalamağa hazırlaşır. Bu barədə açıqlamanı Rusiya Federasiya Şuraqının vitse-spikeri, ABŞ-ın Ukraynadakı biolaboratoriyalarının fəaliyyətinin araşdırılması üzrə parlament komissiyasının həmsədri Konstantin Kosaçev verib.
Onun sözlərinə görə, hazırda Rusiyada bioloji təhlükəsizliklə bağlı dörd ölkə – Ermənistan, Tacikitan, Türkmənistan və Özbəkistan ilə memorandum imzalayıb. Kosaçev deyib: “Daha dörd qonşumuz – Belarus, Qazaxıstan, Qırğızıstan və Azərbaycanla belə sənədlərin hazırlanması üzərində iş gedir və demək olar ki, başa çatmaq üzrədir”.
Hürr Tərcüman