📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Azərbaycanla Türkiyənin birgə layihəsinə qarşı

2022-12-19 10:53:00

Rusiya Azərbaycanla Türkiyənin birgə layihəsinə qarşı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsinə eyham vurdu, lakin Rusiya bu məsələnin əleyhinə çıxır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Həştərxan vilayətindən olan rusiyalı senator Aleksandr Başkin “Həştərxan xəbərləri” saytına açıqlamasında bildirib.

O, Rusiyanın Xəzərdən keçən qaz kəmərinin çəkilməsinə razılıq verməyəcəyini deyib.

Başkin açıq şəkildə bildirib ki, imtinanın əsl səbəbi Rusiyanın Avropaya alternativ qaz mənbələri tapmasına mane olmaq istəyidir, lakin bəhanə Xəzər üçün mənfi ekoloji nəticələrdən narahatlıq olacaq.

bakupost.az