📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya azərbaycanlıları Krıma deportasiya etməyə hazırlaşır”

2022-03-26 15:40:00

“İşğalçılar bu gün etnik azərbaycanlıları, erməniləri və Ahıska türklərini Xerson şəhərindən müvəqqəti işğal olunmuş Krıma zorla deportasiya etməyə hazırlaşırlar”.

Bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk videomüraciətində bildirib.

“Bizdə olan məlumata görə, işğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar – onlar etnik erməniləri, azərbaycanlıları və Ahıska türklərini Xerson şəhərindən Ukraynanın müvəqqəti olaraq işğal edilmiş Krım yarımadasına deportasiya etmək niyyətindədirlər”, - deyə o qeyd edib.