Rusiya Bakı ilə İrəvanın tezliklə sülh müqaviləsi bağlamasını istəmir
Hurriyyet.az xəbər verir ki, RF XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS informasiya agentliyinə müsahibəsində Azərbaycanla Ermənistan arasında keyfiyyətin zərərinə tələsik sülh müqaviləsi bağlamaq cəhdinin gələcəkdə yeni münaqişələrə zəmin yaradacağını söyləyib.
Qonçar deyib: “Tələsik hazırlanmış, çiy sülh razılaşması regiona sabit sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrə və faciələrə zəmin yaradacaqdır. Üstünlük sürətə yox, tarazlaşdırılmış və qarşılıqlı surətdə qəbul edilən qərarlara keyfiyyətli hazırlığa verilməlidir”.
Qonçar Qərb ölkələrinin paytaxtlarından vaxtaşırı verilən açıqlamalarda Bakı ilə İrəvanın “az qala yaxın həftələrdə və aylarda” sülh müqaviləsi imzaya biləcəyi barəsində bəyatanatlardan danışıb. RF XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorunun sözlərinə görə, Rusiya müqaviləni nə vaxt imzalayacaqlarını tərəflərin özlərinin müəyyənləşdirilməli olduğu mövqeyindədir: “Məsul vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli, möhkəm razılaşmaların əldə olunmasını asanlaşdırmaqdır. Onlar yerlərdə hökm sürən reallıqlara, ilk növbədə ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdırlar”.
Hürr Tərcüman