Rusiya baş nazirinin müavini: Biz Xəzər dənizi, Azərbaycan, İran vasitəsilə Hind okeanına çıxmaq istəyirik
2024-03-06 16:59:49
Nəqliyyat dəhlizlərinin yaradılması məsələsində Rusiyanın strateji vəzifəsi Xəzər dənizi, Azərbaycan və İran vasitəsilə Hind okeanına çıxmaqdır.
Bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin Rusiya Federasiyasında keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində deyib.
“Biz Xəzər dənizi vasitəsilə, Azərbaycan, İran vasitəsilə, Süveyş kanalından və Bosfor boğazından yan keçməklə Hind okeanına çatmaq istəyirik. Bu o deməkdir ki, bu, bizim strateji nəqliyyat vəzifəmizdir. Və təbii ki, biz onun altına həm avtomobil yollarını, həm də dəmir yollarını çəkirik”.
minval.az