Rusiya Belarusa S-400 sistemi yerləşdirdi
2022-02-03 11:24:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın S-400 “Triumf” zenit raket kompleksi Belarusa aparılıb. Bu barədə açıqlamanı Rusiyanın Müdafiə Nazirliyi verib.
S-400 Hava Hücumundan Müdafiə sistemi Rusiya MN-in Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinə məxsusdur.
Komleks Belarus ilə Rusiyanın İttifaq dövlətinin Vahid Regional Hava Hücumundan Müdafiə Sistemində fəaliyyət göstərəcək.
Bəlli olduğu kimi, hazırda iki ölkənin hərbçiləri Belarus ərazisində “İttifaq qətiyyəti-2022” təlimlərini keçirlər.
Hürr Tərcüman