Rusiya Belarusu nüvə müharibəsinə hazırlayır - “İsgəndər-M” kompleksləri verildi
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Belarusun Silahlı Qüvvələrinə “İsgəndər-M” operativ-taktiki raket kompleksini verdiyini bildirib. Onun sözlərinə görə, Belarus həmin komplekslərdən adi və nüvə silahlarının atılmasında istifadə edə bilər.
Şoyqu bildirib ki, aprelin 3-də Rusiya poliqonlarından birində Belarus hərbçilərinə İttifaq dövlətini qorumaq üçün “İsgəndər-M” komplekslərindən istifadə edilməsini öyrətmək üçün təlim keçirilməsinə başlanılıb.
Şoyqunun sözlərinə görə, Belarusun hücum aviasiyasının təyyarələrinin bir qismi rəqib obyektlərinə nüvə zərbələri vurmaq üçün zəruri təchizatla təmin edilib.
Xatırladaq ki, Rusiya Prezidenti 2023-cü ilin martın 25-də “Rossiya-1” telekanalının efirindəki müsahibəsi zamanı Rusiyanın Belarusda taktiki nüvə silahı anbarı tikəcəyini, bu tikintinin iyulun 1-nə qədər başa çatacağını bildirmişdi.
Hürr Tərcüman