📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya beynəlxalq internet şəbəkəsindən ayrılsa nə baş verəcək? Kremldən açıqlama

2022-06-27 12:11:00

Rusiya beynəlxalq internet şəbəkəsindən ayrılsa nə baş verəcək? Kremldən açıqlama

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi, V.Putinin rəqəmsallaşdırma üzrə xüsusi nümayəndəsi Dmitri Peskov ölkə mətbuatına açıqlamasında Rusiyanı qlobal internet şəbəkəsindən təcrid eləməyin praktiki olaraq qeyri-mümkün olduğunu söyləyib. Onun sözlərinə görə, hətta bu baş versə belə, ölkədaxili internet şəbəkəsi öz işinə davam edəcəkdir.

Peskov deyib: “Biz elə hazırlaşmışıq ki, hətta Rusiya internetini beynəlxalq şəbəkədən ayırsalar belə, onun ölkə daxilində fəaliyyəti davam edəcəkdir”.

Peskov Rusiyanın özünün beynəlxalq internet şəbəkəsindən ayrılmaq niyyətində olmadığını bildirərək əlavə edib: “Lakin xaricdən internetimizi kəssələr belə, biz mövcud olacağıq: lokal resurslar işinə davam edəcək, dünya internetinə konnektorları isə özümüz hazırlayacağıq”.

Peskov qeyd edib ki, “1991-ci ildə “su” domeninin Helsinkidən fin tələbə tərəfindən idarə edildiyi vəziyyət təkrar edilməyəcək”.

Bundan əvvəl Rəqəmsal İnkişaf Nazirliyinin açıqlamasında bildirilmişdi ki, Rusiyanı Avropadakı internet mübadilə məntəqələrindən ayırsalar, ölkə interneti Asiyadan alacaq və “Rostelekom” bu ssenariyə hazırdır.

Hürr Tərcüman