📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya bir aya hücum edəcək - Ukrayna

2022-01-22 09:35:00

Rusiya bir aya hücum edəcək - Ukrayna

Ukrayna hərbi komandanlığının nümayəndələri Britaniya deputatlarının ölkəyə səfəri zamanı onlara bildirib ki, Rusiya bir ay ərzində hərbi əməliyyata başlayır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Qardian”a Britaniyanın müxalif Leyboristlər Partiyasının üzvü, deputat Kris Brayant danışıb.

Onun sözlərinə görə, britaniyalı deputatların Donbasa səfəri zamanı elə təəssürat yaranıb ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə bu, ona baha başa gələcək, yəni ciddi itkilərlə üzləşəcək:

“Ukrayna daha qətiyyətli görünür. Ukrayna komandalığı bildirdi ki, Rusiyanın “dörd həftəlik pəncərəsi” var ki, bu müddət ərzində hərbi əməliyyata başlaya bilər".