📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya bir partlayışla silkələndi: necə baş verdi və nəticələri...

2022-10-08 14:21:00

Rusiya bir partlayışla silkələndi: necə baş verdi və nəticələri...

19 km-lik uzunluğu ilə Rusiyada ən böyük körpü sayılan Krım körpüsündə baş verən partlayış və nəticələri ümumiləşdirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Beləliklə:

- Partlayış 8 oktyabr səhər 6 radələrində qeydə alınıb. Körpünün avtomobillər üçün olan hissəsində yük maşını partlayıb və yaxınlıqdakı dəmiryol körpüsünü vurub: körpüdən keçən və yanacaq daşıyan qatarın 7 vaqonu alışıb və partlayıb.

- Partlayış nəticəsində körpünün avtomobil yolu hissəsinin iki parçası dağılıb, bir hissə suya düşüb, dəmiryol da zədələnib.

- Qatarın digər vaqonları artıq Kerç stansiyasına aparılıb.

- İlkin məlumata görə, zərərçəkən yoxdur.

- Körpüdə avtomobil və qatarların hərəkəti məhdudlaşdırılıb. Amma gəmi əlaqəsi davam edir.

- Krıma bütün gediş-gəlişlər ləğv edilib, bilet satışı dayandırlıb. Sərnişinlərə heç bir məhdudiyyət olmadan biletlərini geri qaytarmaqla bağlı xəbərdarlıq göndərilib.

- Krımla dəmiryol əlaqəsi də dayandırılıb.

- Körpünün nə zaman təmir ediləcəyi bilinmir. Bu, yanğın və zərərin miqyası qiymətləndirildikdən sonra elan ediləcək.

- Krım rəhbərliyi yanacaq daşınmasının kəsilməsinin ciddi fəsad törətməyəcəyini açıqlayıb. Bildirilib ki, fövqəladə vəziyyət üçün əvvəlcədən ehtiyat toplanıb.

- Krımın ərzaq ehtiyatı 55 günə çatacaq. Yəni daşımalar olmasa belə, Krımda çətinlik yaşanmayacaq. Buna baxmayaraq, ərzaq məhsullarının satışına məhdudiyyət qoyulub – birdəfəyə 3 kq-dan artıq ərzaq almaq olmaz.

- Benzin və digər yanacaq üçün Krımda ehtiyat 15 günə çatacaq. Əgər 15 gün ərzində körpü təmir edilməsə, ciddi problem ola bilər.

- Sevastopolda artıq benzin və ərzaq satışı məhdudlaşdırılıb.

- Krımda istirahətini tamamlamış turistlərin tətil müddəti yol açılana qədər dövlət hesabına artırılıb.

- Faktla bağlı cinayət işi açılıb, Rusiya Baş prokuroru Aleksandr Bastırkin istintaqa şəxsən nəzarət edir.

- Həmçinin Putinin tapşırığı ilə insidentlə bağlı hökumət komissiyası yaradılıb. Komissiyaya Krasnodar və Krım rəhbərliyi, Rosqvardiya, FTX və DİN rəsmiləri daxildir.

- Hadisə yerinə Moskvadan xüsusi kriminalistlər yollanıb.

- Rusiya artıq bunun terror aktı olması versiyasını (XİN) səsləndirib, Ukraynada bunun Təhlükəsizlik Xidmətinin əməliyyatı olduğu haqda qeyri-rəsmi məlumat yayılıb. Hələlik, rəqmi təsdiq yoxdur.