Rusiya: “Biz İranla terrorla mübarizədə əməkdaşlığa hazırıq”
2022-10-28 15:44:00
Rusiya prezidenti Putin iranlı həmkarı İbrahim Rəisiyə Şirazın Şahçaraq ziyarətində baş verən silahlı hücumla bağlı başsağlığı verib. O, habelə bəyan edib ki, Moskva terrorçuluqla mübarizə sahəsində Tehranla əməkdaşlığı genişləndirməyə hazırdır.
Kreml Sarayının internet saytı Rusiya prezidenti Vladimir Putinin öz “Teleqram” hesabında iranlı həmkarı İbrahim Rəisiyə terror təhdidləri ilə mübarizədə İranla əməkdaşlığa hazır olduğunu bildirib.
“Rusiyanın terrorizmlə mübarizədə iranlı tərəfdaşlarımızla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu vurğulamaq istərdim”, deyə Putin paylaşımında yazıb.
Ülviyyə, Hurriyyet.az