📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya bizi məhv etsə… - Zelenski ABŞ-a çağırış etdi

2023-11-06 10:16:02

Rusiya bizi məhv etsə… - Zelenski ABŞ-a çağırış etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresini Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb. O, qərara mane olan qanunvericilərə bildirib ki, əks halda Rusiyanın NATO ölkəsinə hücum riski yüksəkdir və bu, Amerika əsgərlərini də müharibəyə cəlb edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Rusiya hamımızı öldürsə, NATO ölkələrinə hücum edəcək və siz oğullarınızı, qızlarınızı müharibəyə göndərəcəksiniz. Bağışlayın, amma qiymət daha yüksək olacaq", - o bildirib.

Zelenski, eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən işğal olunmuş əraziləri azad etmək səylərinin dalana dirənməsi ilə bağlı fikirləri rədd edib.

axar.az