“Rusiya bizi parçalayır” – Erməni terror təşkilatının "rəhbəri"
“Bu gün mən də günahkaram, üç “prezidentimiz” düşmənə əsir düşüb”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyi adlanan terror təşkilatının "sədri" Sasun Mikaelyan bəyan edib.
Azərbaycana qarşı döyüşmüş erməni “veteranları” və terrorçuları öz sıralarında birləşdirən terror təşkilatınım "rəhbəri" Rusiyanı Qarabağdakı qondarma qurumun separatçı liderlərini satmaqda günahlandırıb: “Bu gün sizə düzünü deyəcəm, üç “prezidentimiz”(?), ordunun keçmiş komandiri və digər şəxslər əsir götürülüb. Mən siyasiləşdirmək istəmirəm, amma gəlin başa düşək ki, bu gün əsirlikdə olan insanlar ruslara 100% güvənən insanlardır. Ruslar isə guya onları Ermənistana apara bilmədilər?”
Mikaelyan da Paşinyan kimi həyasıcasına iddia edib ki, KTMT son illər Ermənistan üçün heç nə etməyib. O, bir qədər də irəli gedərək, Rusiyanı erməniləri “parçalamaqda” da ittiham edib: “Bunun bariz sübutu üç “prezidentimizin” düşmən tərəfindən əsir götürülməsidir”.
Bu, qudurmuş itin ara-sıra sahibinin də üzərinə hürməsinə bənzəyir.
AzPolitika.info