Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
2026-04-19 14:34:56
Dünya bilir ki, Rusiya Belarusu müdafiə etmək üçün bütün silah arsenalından istifadə edəcək.
Modern.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz müttəfiqik, bir-birimizə hüquqi cəhətdən bağlıyıq. Rusiya açıq şəkildə bildirib ki, Belarusu müdafiə etmək üçün bütün silah arsenalından istifadə edəcək. Bunu bütün dünya bilir”, - Lukaşenko bildirib.