📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya BMT-nin Suriya ilə bağlı qərarına veto qoydu – milyonlarla insan ac qala bilər

2022-07-08 22:18:00

Rusiya BMT-nin Suriya ilə bağlı qərarına veto qoydu – milyonlarla insan ac qala bilər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Suriya ilə Türkiyə sərhədindəki sərhəd buraxılış məntəqələrindən humanitar yardım keçirilməsi mexanizminin işinin bir il uzadılmasına veto qoyub.

İki ölkə sərhədlərində yerləşən qapılardan – Türkiyənin Çilvəgözü nəzarət-buraxılış məntəqəsi ilə Suriyanın Bab əl Hava nəzarət-buraxılış məntəqəsindən keçərək Suriyaya humanitar yardım aparılmasına icazə verən mexanizmin xidmət müddəti 10 iyul tarixində başa çatır.

BMT Təhlükəsizlik Şurası Norveç ilə İrlandiya tərəfindən irəli sürülən və Suriyaya xaricdən humanitar yardım müxanizminin xidmət müddətinin bir il uzadılması ilə bağlı qərarı imzalayıb.

Qərara Şuraya üzv olan 15 ölkədən 13-ü dəstək verib, Rusiya qərara veto qoyub, Çin isə bitərəf qalıb.

BMT TŞ-nın bir qanun layihəsini qəbul eləməsi üçün 15 üzvdən ən azı 9-nun lehinə səs verməsi, daimi üzvlər ABŞ, Rusiya, Çin, Britaniya və Fransadan da hər hansı birinin veto hüququndan istifadə eləməməsi lazımdır.

BMT Təhlükəsizlik Şurası 10 iyul tarixində başqa qərar qəbul eləməzsə, Suriyaya beynəlxalq humanitar yardım göndərildiyi Cilvəgözü Sərhəd Məntəqəsindən istifadə edilməyəcək və Suriyanın şimal-qərbində 4 milyon nəfərdən artıq insan aclıq riski ilə qarşılaşacaq.

 

Hürr Tərcüman