Rusiya borclarını da rublla ödəyir? - Peskov
2022-05-30 16:00:00
Rusiyada defoltun başlanması üçün heç bir obyektiv əsas yoxdur. Rusiya dövlətinin həm pulu var, həm də onları ödəməyə hazırdır.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Moskva qiymətli kağız sahiblərinə həm rublla, həm də onlar üçün əlverişli olan digər sxemlər üzrə ödəniş etməyə hazırdır. Qaza görə yeni ödəniş sistemi öz effektivliyini göstərib, ona görə də onu xarici borclar üzrə ödənişlərə də şamil etmək olar”, - Peskov bildirib.