📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya böyük miqrant axınına hazır olmalıdır" - Medvedev

2022-01-18 22:09:00

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, ölkəsi tezliklə böyük miqrant axını görəcək. Bu barədə yerli media məlumat yayıb. - Rusiyaya miqrant axını artacaq. Ona görə də onlar haqqında məlumatların toplanması və qeydə alınması üçün müasir vahid sistemə ehtiyacımız var-,Medvedev deyib.

O qeyd edib ki, indi miqrasiya qeydiyyatının keyfiyyəti və ona dövlət nəzarəti ilə bağlı ciddi suallar var və buna görə də məlumat toplamaq üçün əlavə sistem qurmaq lazımdır. Onun sözlərinə görə, prokurorluq orqanlarının yoxlamaları zamanı çox vaxt ciddi qanun pozuntuları aşkarlanır. \\AzVision.az