📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya bu generalları vəzifədən uzaqlaşdırdı

2022-06-25 13:47:00

Rusiya bu generalları vəzifədən uzaqlaşdırdı

Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov və Cənub Qüvvələr Qrupunun komandiri və ordu generalı Aleksandr Dvornikovun (“Hələb qəssabı”) da daxil olduğu bir neçə general iyunun əvvəllərində vəzifələrindən uzaqlaşdırılıb.

Hurriyyet.az xəbər verir ki, belə bir iddia ilə Böyük Briyaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatları əsasında çıxış edib.

Bildirilib ki, Rusiya Severedonetskdə hədəfinə çatmaq üçün ordunu yenidən komplektləşdirir.

Qeyd edək ki, Andrey Serdyukov bundan öncə Britaniyanın sanksiya siyahısına salınmışdı.

“Hələb qəssabı” ləqəbi ilə tanınan Aleksandr Dvornikova isə iyunun 10-na qədər ya Severodonetski tam ələ keçirmək, ya da Lisiçansk-Baxmut magistral yolunu tamamilə kəsib nəzarət altına almaq tapşırığı verildiyi haqda məlumat yayılmışdı.