📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya bu halda nüvə silahından istifadə edəcək - Sözçüdən XƏBƏRDARLIQ

2022-03-29 13:27:00

Rusiya bu halda nüvə silahından istifadə edəcək - Sözçüdən XƏBƏRDARLIQ

"Bizim çox aydın təhlükəsizlik konsepsiyamız var".

Hurriyyet.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı açıqlamsında deyib.

O, İstanbulda keçirilən tarixi danışıqlardan əvvəl ABŞ mətbuatına hansı halda nüvə silahından istifadə edəcəklərini açıqlayıb.

"Moskvada heç kimin nüvə silahından istifadə etmək ağlına da gəlməyib. Əgər ölkəmizin varlığı təhlükə altında olarsa, o zaman nüvə silahından istifadə edəcəyik. Şübhəmiz yoxdur ki, Ukraynadakı xüsusi komandalarımız öz məqsədlərinə çatacaq. Təbii ki, bu əməliyyatın hər hansı nəticəsi nüvə silahından istifadəyə səbəb olmayacaq", - Peskov qeyd edib.