Rusiya bu köməyə görə ABŞ-a minnətdardır - Peskov
2025-04-30 14:16:29
Rusiya İkinci Dünya müharibəsi illərində ABŞ-ın Sovet İttifaqına verdiyi lend-lizə görə minnətdardır.
Hurriyyet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz müttəfiqlərimizə minnətdar olmalıyıq. Bu qələbədə bizə kömək etdilər. Məşhur lend-liz bizə həqiqətən də kömək etdi. Biz bunu qiymətləndirməliyik və unutmamalıyıq. Lend-liz pullu idi, Rusiya da SSRİ-nin varisi kimi onu 2006-cı ildə tamamilə ödəyib. 2006-cı ildə Putin lend-lizə görə borcu tamamilə bağladı”, - Peskov bildirib.
Axar.az