📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya buğdasının dünya bazar qiyməti sürətlə düşür

2024-07-31 14:15:51

Rusiya buğdasının dünya bazar qiyməti sürətlə düşür

Bu gündən Rusiyada buğdanın ixracına görə əlavə rüsum 906,4 rubl təşkil edir.

Hurriyyet.az Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ötən həftə bu göstərici 1540,4 rubl olmuşdu.

Bu isə rüsumun 1,7 dəfə azalması deməkdir.

Arpa və qarğıdalı üçün rüsumlar sıfır səviyyəsində qalacaq.

Rüsumun azalmasının əsas səbəbi dünya bazarında Rusiya buğdasının qiymətindəki ucuzlaşmadır. Ötən həftə bir ton Rusiya buğdası 229,6 dollara satılırdısa, hazırda qiymət 220,5 dollara qədər ucuzlaşıb. Arpanın qiyməti 177,9 dollardan 177,1 dollara, qarğıdalının qiyməti isə 188 dollardan 187,4 dollara düşüb.

Bu tariflər avqustun 6-sı daxil olmaqla etibarlı olacaq.

Musavat.com