Rusiya builki Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcək
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının təmsilçiləri bu il Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcəklər. Bu barədə açıqlamanı Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova verib.
Zaxarova bu gün keçirilən brifinqdə deyib: “Müxtəlif səbəblər üzündən Rusiyanın rəsmi təmsilçiləri cari ilin 18-20 fevral tarixində Münhen Təhlükəsizlik Siyasəti Konfransında iştirak etməyəcəklər”.
Zaxarova “Moskvanın bu tədbirə marağının nəzərəçarpacaq dərəcədə azaldığını” bildirərək deyib: “Təəssüflə qeyd etməliyik ki, son illərdə konfrans inklyuzivliyini, obyektivliyini itirir, getdikcə daha çox transatlantik forumuna çevrilir”.
Xatırladaq ki, fevralın 7-də Kremlin mətbuat katibi Dmitri Peskov da RF Prezidenti V.Putinin heç bir formatda Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcəyini bəyan eləmişdi.
Hürr Tərcüman