📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya buna görə hücum etdi – Matviyenko

2022-02-25 12:03:00

Rusiya buna görə hücum etdi – Matviyenko

Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı Kiyevin başlatdığı qardaş qırğınını dayandırmağın yeganə yoludur.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Rusiya Ukraynanı sülhə məcbur etmək, onun fəal şəkildə hərbiləşdirilməsini dayandırmaq üçün xüsusi hərbi əməliyyat elan edib. Sadəcə olaraq, bizim başqa seçimimiz qalmadı. Bəli, bu asan seçim deyil, lakin bu, qardaş qırğını müharibəsini dayandırmağın yeganə yoludur. Sülhü və insanların həyatını xilas etməyin yeganə yoludur”, - o bildirib.