📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya bunun əvəzini ağır ödəyəcək"

2022-02-24 17:19:00

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Ursula von der Leyen "Twitter"də bildirib.

"Zelenski Rusiyadan gələn hərbi hücumdan müdafiəni təşkil edir. Mən onu əmin etdim ki, biz dayanmadan çalışırıq ki, mümkün qədər Ukraynaya çox dəstək olaq. Digər G7 liderləri ilə və Avropa İttifaqı Şurasında da bu gün bu məsələ müzakirə olunacaq. Rusiya bunun əvəzini ağır ödəyəcək".

virtualaz.org