📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Cenevrə danışıqlarında ən azı 15 nəfərlə təmsil olunacaq

2026-02-13 18:33:33

Rusiya Cenevrə danışıqlarında ən azı 15 nəfərlə təmsil olunacaq

Rusiya, xarici işlər nazirinin müavini Mixail Qaluzin də daxil olmaqla, ən azı 15 nəfərdən ibarət heyətlə Cenevrədə danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların yeni mərhələsi 17-18 fevral tarixlərində keçiriləcək.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Qeyd edək ki, danışıqların birinci raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib. İlk görüşdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyuk iştirak edib.

Danışıqların ikinci raundu 4-5 fevral tarixlərində yenə Əbu-Dabidə baş tutub.