📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya cəzalandırılmalıdır - Yaponiya

2022-04-07 12:11:00

Rusiya cəzalandırılmalıdır - Yaponiya

Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Rusiya əsgərlərinin Ukraynada mülki insanları öldürməsi xəbərinin hökuməti çaşdırdığını və bu hərəkətləri kəskin şəkildə qınadığını bildirib.

Hurriyyet.az xəbər verir ki, günahsız mülki şəxslərin öldürülməsini beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi xarakterizə edən Matsuno faktların üzə çıxarılması və Rusiyanın hərbi cinayətlərinə görə cəzalandırılmalı olduğunu deyib.