Rusiya Çindən hərbi yardım istəyib? – Pekin
2022-03-14 12:45:00
Moskva Pekindən hərbi və iqtisadi yardım istəməyib. Bu iddialar dezinformasiyadır.
Hurriyyet.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Nazirlik açıqlamaya əlavə olaraq bildirib ki, ABŞ Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətini bəyan etməlidir.
Qeyd edək ki, Rusiyanın Ukraynada ağır itki verdikdən sonra Çindən yardım istədiyini barədə “Faynənşl Tayms” hərbi mənbələrə istinadla məlumat yayıb.