📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“RUSİYA DAĞILACAQ VƏ BU PROSES ARTIQ BAŞLAYIB” – “Milli Məclisdə daha çox siyasətdən başı çıxanlar təmsil olunmalıdır”

2025-09-01 14:52:25

“RUSİYA DAĞILACAQ VƏ BU PROSES ARTIQ BAŞLAYIB” – “Milli Məclisdə daha çox siyasətdən başı çıxanlar təmsil olunmalıdır”

Siyasətdən getməmişəm və getmək fikrim də yoxdur”

Azərbaycanın tanınmış və nüfuzlu ziyalılarından biri, uzun müddət yüksək dövlət vəzifələrində çalışmış, 4 çağırış Azərbaycan Milli Məclisin üzvü olmuş Vahid Əhmədov “AzPolitika”ya müsahibəsində gündəmin əsas mövzuları – Rusiya - Azərbaycan münasibətlərində baş verən gərginlik, regionda cərəyan edən hadisələr, eləcə də ölkə gündəmi, iqtisadi, sosial problemlər, gözlənilən islahatlar barədə sualları cavablandırıb.

Müsahibəniin ilk hissəsini oxucularımıza təqdim edirik:

- Vahid müəllim, müsahibə üçün təşəkkür edirəm. Sizdən son müsahibəni təxminən bir il əvvəl almışıq. O zaman parlament seçkilərinə hazırlıq dövrü idi, deputatlığa namizəd olub, daha sonra geri çəkildiniz. Demək olar, ötən bir ildə ictimai-siyasi həyatdan qismən uzaq olmusuz. Bu müddətdə hansı fəaliyyətlə məşğulsunuz və ən əsası, səhhətiniz necədir?

- Demək olmaz ki, bir ildir ictimai-siyasi həyatdan kənardaydım, arada mətbuata müsahibələr verirəm, ölkəmizdə, regionda gedən ictimai-siyasi hadisələrlə bağlı fikirlərimi bölüşürəm. Amma daha çox səhhətimlə, sağlamlıq məsələlərilə məşğul olurdum, o cümlədən ailəmə, nəvələrimə zaman ayırıram, onlarla daha çox vaxt keçirməyə çalışıram. Mən 1967-ci ildən 2024-cü ilə qədər fasiləsiz işləmişəm. Zavod direktoru olarkən də, sonrakı dönəmlərdə də bəzən ağır günlərdə şənbə-bazarsız çalışmışam, gecələri işdə keçirdiyim vaxtlar, ağır, çətin günlərim olub. Bu 57 ildə övladlarımın böyüməsi, yetişməsi ilə daha çox həyat yoldaşım məşğul olub. O da ali təhsillidir, universitetin biologiya fakültəsində təhsil alıb, amma işləməyib.