📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya dağılacaq və Dərbənd başda olmaqla, şimal torpaqlarımız azad olacaq" - XAQANİ CƏFƏRLİ

2023-08-18 12:14:00

"Sosial tələblərin siyasi tələblərlə əvəz olunacağı gün də uzaqda deyil"

"Dağıstanda etirazlar səngimək bilmir. Son bir həftədə yeddi dəfə etiraz aksiyası keçirilib. Bu aksiyaların sosial tələblərlə keçirilməsi heç kimi çaşdırmamalıdır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun fikrincə, sosial tələblərlə olmasına baxmayaraq, baş verənlər siyasi hadisədir: "Sosial tələblərin siyasi tələblərlə əvəz olunacağı gün də uzaqda deyil. Rusiyada mərkəzdənqaçmanın Şimali Qafqazdan, xüsusilə Dağıstandan başlayacağı barədə aylar öncə səsləndirdiyim fikirlərinin gerçəkləşmə ehtimalı hər ötən gün artır. İmperiya hökmən dağılacaq və Dərbənd başda olmaqla, şimal torpaqlarımız azad olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az