📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya daha iki beynəlxalq təşkilatı tərk eləməyə hazırlaşır

2022-05-18 15:10:00

Rusiya daha iki beynəlxalq təşkilatı tərk eləməyə hazırlaşır

Hurriyyet.az TRT Haber kanalına xəbər verir ki, Rusiya iki beynəlxalq qurumu – Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk eləməyə hazırlaşır. Bu barədə açıqlamanı dünən Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy verib. Tolstoy deyib: “Xarici İşlər Nazirliyi bu cür razılaşmaların siyahısını Dövlət Dumasına göndərib. Federasiya Şurası (parlamentin yuxarı palatası – red.) ilə birlikdə bunları nəzərdən keirməyi, sonra isə həmin təşkilatları tərk eləməyi planlaşdırırıq”. 

Tolstoy deyib: “Rusiya Avropa Şurasını tərk elədi. İndi növbəti addım ölkəmizlə bağlı bütün öhdəliklərinə laqeyd yanaşan ÜTT və ÜST qurumlarını tərk eləməkdir”.

Tolstoy hökumətin Rusiya hökumətinin hazırda ona heç bir fayda verməyən, lakin zərəri dəyən bütün razılaşmaları təftiş edəcəyinin gözlənildiyini də söyləyib.

Rusiya Prezidenti Vladimir Putin aprel ayındakı çıxışı zamanı Qərb dövlətləri tərəfindən Rusiya şirkətlərinə qarşı sanksiyaların DTT qaydalarına zidd olduğunu söyləyərək hökumətə 1 iyun tarixinə qədər Rusiyanın bu təşkilatdakı strategiyasını dəyişmək göstərişi vermişdi.

Hürr Tərcüman