Rusiya desantları başqa ölkədə həlak oldular
2021-11-13 17:15:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Belarusda birgə təlimlər zamanı Rusiyanın iki nəfər desantı həlak olub. Hadisə Qrodno rayonunda baş verib. Məlumatı Rusiya MN-nin İnformasiya və kütləvi Kommunikasiya Departamenti verib. Hər iki desant müqavilə ilə xidmət edirmiş. Desantlar paraşüt ilə uğursuz eniş nəticəsində çoxsaylı zədələr alıblar. Həkimlər onların həyatını xilas edə bilməyiblər.
Hürr Tərcüman