Rusiya digər ölkələri də ondan nümunə götürməyə çağırdı: LXR və DXR-i tanıyın!
2022-02-22 14:00:00
Rusiya digər dövlətləri ondan nümunə götürməyə və DXR və LXR-i tanımağa çağırır. Bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
“Rusiya digər dövlətləri ondan nümunə götürməyə çağırır”, deyə mətndə yazılır. Nazirlik belə bir qərarın Donbass sakinlərinin iradəsini azad ifadə etməsi nəzərə alınaraq, BMT Nizamnaməsinin müddəaları, dövlətlər arasında dostluq münasibətlərinə dair 1970-ci il beynəlxalq hüquq prinsipləri haqqında bəyannamə, ATƏM-in və digər beynəlxalq sənədlərin Yekun Aktı əsasında qəbul edildiyini vurğulayıb.
Ülviyyə. Hurriyyet.az